Laçında yeni mərkəzlər açıldı

Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, bu barədə Laçın Abadlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.

Qeyd edək ki, bu gün Laçında həm də “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.

X X X

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb.

Globalinfo.az xəbər verir ki, mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb.

Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.