Laçın yolundakı aksiyanın tələbi dəyişdi – Əsas şərt

“Laçın yolundakı aksiyanın tələbi dəyişir: ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan Bakının bununla Xankəndiyə tələb göndərdiyini deyir:

“Bakı hələ Xocalı görüşündən sonra separatçılara ismarış yollamışdı: ya reinteqrasiya prosesini qəbul edin, ya da daha çox çətinliklər olacaq. Bu görüşdən sonra keçirilən əməliyyatlar nəticəsində separatçıların “nəfəslikləri” bağlandı. Buna paralel olaraq, görüntülər aksiya ərazisində Laçın yoluna nəzarətin daha da gücləndirildiyini deməyə əsas verir.

Mövcud situasiyada ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yalnız vacib məsələlərdə – Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzun müddət davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir”.

Zaira Akifqızı
Globalinfo.az