Aksiyanın 9-cü günü: İştirakçılar hədəfə çatacaqlarına əmindirlər – “…bütün şərtlər yerinə yetiriləcək”

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir. Havanın soyuması və digər təbii faktorlara baxmayaraq aksiya iştirakçılarının sayı günbəgün artır.

Maraqlıdır, geridə qoyduğumuz bu 9 gün ərzində kontingent dəyişir?

Aksiyaya yalnız QHT-lər və könüllülər qatılır, yoxsa baş redaktorlar, deputatlar və başqa sahələrin təmsilçiləri iştirak edə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan ictimai fəal Fuad Heydər deyib ki, kontingent gün ərzində dəyişir:

Fuad Heydər: Tibb İşçilərinin Peşə Bayramın təbrik edib - Millixəbər İnformasiya Portalı

Fuad Heydər

“Aksiyada daha çox qeyri-hökumət təşkilatları və könüllülər iştirak edir. Bununla belə, aksiyada iştirak könüllüdür. Yəni bu,, dövlətin təşkilatçılığı ilə keçirilmir. Bu mənada kiməsə aksiyada iştirak etmək haqda tapşırıq verilmir.

Kontingenti kimsə müəyyənləşdirmir. Düzdür, aksiyanı QHT-lər başlatsa da QHT nümayəndəsi olmayan şəxslər də iştirak edir.

Aksiya siyasi deyil. Xalqımız bu aksiya ilə faktiki olaraq öz siyasi iradəsini nümayiş etdirir. Azərbaycan konstitusiyasının 49-cu maddəsinə əsasən sərbəst toplaşmaq azadlığından istifadə edərək aksiya təşkil edilib.

Aksiyanın 9-cu gününü geridə qoyuruq və deyə bilərəm ki, hər gün iştirak edən şəxslərin sayı bir az da artır. Burada aksiya iştirakçıları üçün bütün lazımi şərait yaradılıb.

O ki qaldı aksiyanın məqsədinə çatmasına, Rusiya sülhməramlıları Azərbaycan nümayəndələrinə ərazidə araşdırma aparmağa icazə verənə qədər davam edəcək”.

Hazırda aksiyanın baş verdiyi ərazidə olan və prosesləri müşahidə edən politoloq Tural İsmayılov da deyib ki, kontingent hər gün dəyişir:

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov

“Deyə bilərəm ki, bura hər gün yeni könüllülər, QHT fəalları gəlir. Bundan əlavə, baş redaktorlar, siyasi fəallar və şərhçilər də aksiya keçirilən ərazidədirlər. Mən özüm də aksiyanı müşahidə etmək və analitik materiallar hazırlamaq üçün burdayam.

Aksiyalar hazırda da davam edir. Aksiya iştirakçılarının tələblərinin böyük bir qismi yerinə yetirilmədiyi üçün hələ davam edəcək. Bütün separatçılar və onların havadarları görəcək ki, Azərbaycanın ekologiyasının məhv edilməsinə göz yummayacağıq”.

Aksiyaya dəstək məqsədi ilə ərazidə olan Milli Cəbhə Partiyasının sədrinin müavini Məhəmməd Əsədullazadə deyib ki, aksiyalar müsbət nəticə verəcək:

Məhəmməd Əsədullazadə: “Azərbaycan Vaşinqtonla diplomatik təması...”

Məhəmməd Əsədullazadə

“Aksiyalarda baş redaktorlar, QHT nümayəndələri, siyasi fəallar, eko-fəallar, politoloqlar da iştirak edir. Aksiya iştirakçıları separatçılara qarşı yumşaq güc nümayişi etdirir.

Hesab edirəm, aksiyalar Rusiya sülhməramlılarının və separatçıların qanunsuz fəaliyyətinin qarşısını alacaq. Hazırda proses bu istiqamətdə gedir.

Laçın dəhlizində Azərbaycan postlarının qurulması da çox vacibdir. Hesab edirəm, aksiya hədəfinə nail olacaq, bütün şərtlər yerinə yetiriləcək”.

Turan Rzayev
Globainfo.az