Laçın yolundakı aksiyanın nəticəsi: Bu şirkət işini dayandırdı

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların etirazı nəticəsini verməyə başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Qarabağdakı mədənlərdə qanunsuz qazıntı işləri həyata keçirən və ekologiyanı korlayan “Base Metal” şirkəti həmin ərazidəki fəaliyyətini dayandırıb.