İdarə rəisi yüksək vəzifəyə təyin edildi – FOTO

Kürdəmirdə yüksək vəzifəyə təyinat olub.

Globalinfo.az bildirir ki, bununla bağlı Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən Abışov Rauf Səfər oğlu Kürdəmir rayon icra başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin olunub.

Qeyd edək ki, Rauf Abışov bundan əvvəl rayonun yaşıllaşdırma idarəsinin rəisi vəzifəsində çalışıb.