Kreml üçün kritik vəziyyət: Putin təcili türk liderlərə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan lideri Şövkət Mirziyayev arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Kremlin Mətbuat Xidməti yayıb.

Məlumata görə, tərəflər strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi, ticarət dövriyyəsi, fərqli sahələr, o cümlədən energetika sahəsində əməkdaşlığın artırılması barədə niyyətlərini təsdiqləyiblər.

Qeyd edək ki, Putin yeni ildə ilk telefon zəngini Qazaxıstan Prezidenti Qasım Comart Tokayevə etmişdi.

Keçən ilin sonlarında Rusiya Özbəkistan və Qazaxıstanla qaz ittifaqının yaradılması planını irəli sürüb. Moskvanın planına məhz bu ölkələr sayəsində Rusiya qazının Çinə tədarükü təmin edilməlidir. Bununla belə, Özbəkistan layihəni dəstəkləməkdən imtina edib.