Kreml Ermənistan və Azərbaycanı gərginliyin artmasından çəkinməyə çağırdı

 

Rusiya Azərbaycan və Ermənistanı təmas xəttində gərginliyin artması ilə nəticələnən addımlardan çəkinməyə çağırır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya əvvəlki kimi Azərbaycan və Ermənistanı təmas xəttində gərginliyin artması ilə nəticələnən addımlardan çəkinməyə çağırır”, deyə Kremlin sözçüsü vurğulayıb.