Konqoda silahlı hücum: 23-ü uşaq olmaqla 46 nəfər öldürüldü

Konqonun Djuqu bölgəsində məcburi köçkünlərin olduğu düşərgəyə silahlı hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.

Cinayətkarların evləri yandıraraq mülki insanlara silah və dəyənəklərlə hücum etdiyi, çox sayda insanın isə yanaraq öldüyü bildirilib.

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.