Komitə “Dostluq” kinoteatrı ilə bağlı məlumat yaydı – FOTOLAR

Bir neçə gündür, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar dərc olunur.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə əlaqədəar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.

“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub.

Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”.

Komitə: “Dostluq” kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıbKomitə: “Dostluq” kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıbKomitə: “Dostluq” kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıbKomitə: “Dostluq” kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb