Qarabağda yeni reallıq var: Xocalı qatilləri qəbul edir

“Ermənistan müxalifəti simasını itirməyə başlayır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Öz mənbələrinə istinad edən qəzet müxalifətin Qarabağın Azərbaycana verilməsi prosesi ilə bağlı hökumətin başlatdığı kampaniyaya müqavimətə hazırlaşmadığını bildirib:

“Mənbələrimiz bunun fərqli səbəblərinin olduğunu deyirlər. Birincisi, onlar meydanı özlərinin mübarizəsinə gülənlərə verirlər. Üstəlik, Robert Köçəryanın Ermənistan Bloku xırda aksiyalarla öz passivliyini gizlətməyə çalışır. Məsələn, vilayətləri ziyarət edib, kiçik etirazlarda iştirak edirlər, İşxan Saqatelyan və digərləri isə mütəmadi olaraq xalqın qiyama hazır olmasını bəyan edirlər. Serj Sərkisyanın komandası isə ümumiyyətlə passivdir”.

Ekspertlər Köçəryan-Sərkisyan cütlüyünün bu passivliyini onların Qarabağla bağlı reallığı qəbul etmələri kimi təqdim ediblər.

İlkin Həsənov
Globalinfo.az