6f232553 4b47 4299 aadf 3a4c50f3a7a4

Ermənistanın sabiq prezidenti Robert Köçəryan seçkilərdə iştirak edərək səs verib.  

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Keçən dəfə mandatlarımız qarşıya qoyduğumuz məqsədə çatmaq üçün kifayət etmədi. Biz müxalifətdə olmuşuq, mübarizə aparmışıq, heç yerdə geri çəkilməmişik.

Düşünürəm ki, heç kimin şübhəsi olmayıb ki, radikal müxalifət məhz biz idik”, – deyə “Ermənistan” blokunun baş nazirliyə namizədi Köçəryan bildirib.

O, Baş nazir Nikol Paşinyanın xalqın qərarı ilə sülh yolu ilə gedib-getməyəcəyi barədə sualı belə cavablandırıb:

“Əgər o getməsə, sonu çox pis olacaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: