Kliniki Tibbi Mərkəzin sözçüsü vəzifəsindən ayrıldı

Bir müddətdir Kliniki Tibbi Mərkəzin (KTM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Aqşin Ağayev vəzifəsindən ayrılıb.

Globalinfo.az bildirir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“7 avqust tarixindən Kliniki Tibbi Mərkəzdən öz istəyimlə ayrılıram. Mərkəzdə son 7 ay müddətində İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri vəzifəsini icra edirdim. Bu fəaliyyət dönəmində mediadan gələn sorğuları, həmçinin şəxsi xahişlərin hər birini operativ cavablandırmaya və həll etməyə çalışdım. Ümumilikdə isə “Semaşko” kimi tanınan xəstəxananın “Kliniki Tibbi Mərkəz” və ya “KTM” kimi tanınması üçün çox əziyyət çəkdik. Bu yolda bizə dəstək olan bütün media əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Yeni ünvanda görüşərik”, – paylaşımda qeyd edilib.

Ayşən Mustafa
Globalinfo.az