658c5d041d8b4658c5d041d8b51703697668ee76e0378f7a7295c250475dc023c19f

Bu ilin dekabr ayı üzrə avtoqəza nəticəsində Kliniki Tibbi Mərkəzə 157 müraciət daxil olub.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O bildirib ki, müraciət edənlərin bəziləri ilkin yardım edilərək ambulator müalicə üçün evə buraxılıb, bəziləri isə ağır travma diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

“Bu ilin dekabr ayı ərzində KTM-ə 1 nəfər skuter qəzası nəticəsində müraciət edib”, – deyə o, cavabda qeyd edib.

Paylaş: