Mövlud Süleymanlının son durumu açıqlandı

Xalq yazıçısı Mövlud Süleymanlının müalicələri davam etdirilir.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

“Xalq yazıçısı Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra süni tənəffüs aparatına qoşulub, Huşsuzdur, vəziyyəti ağır olaraq qalır. Hər hansı dəyişiklik yoxdur. Bütün tədbirlər görülüb, müalicəsi aparılır”.

Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.