TƏCİLİ: Erməni hərbçi saxlanıldı – Bakıya hansı məlumatları ötürüb?

Ermənistan ordusunun 43 yaşlı hərbçisi Azərbaycana casusluqda ittiham edilərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İsintaq Komitəsi məlumat yayıb.

Verilən məlumata görə, guya o, 2023-cü ilin yanvar ayından “Odnoklassniki” sosial şəbəkəsində “Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi” ilə əlaqə yaradıb.

İstintaq Komitəsi iddia edir ki, həmin şəxs 2023-cü ildən cari ilin fevral ayına kimi dövlət sirri təşkil edən məlumatları Azərbaycana ötürüb.

Yəni silahlar, silah növləri, miqdarı, döyüş mövqelərinin yerləşdiyi yerlər və digər məxfi məlumatları yayıb.

43 yaşlı İrəvan şəhər sakini barəsində Cinayət Məcəlləsinin 418-ci maddəsi ilə cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Zaira Akifqızı
Globalinfo.az