Klaar Çavuşoğludan yazdı: “Qürur duyuram” – FOTO

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Klaar tvitter səhifəsində paylaşım edib.

“Bu gün Çavuşoğlu ilə Brüsseldə görüşməkdən şərəf duyuram”, – deyə paylaşımda bildirilir.

Qeyd edək ki, martın 20-də Belçikanın paytaxtı Brüsseldə Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransı keçirilib.