kiyev pua

Rusiya ordusu martın 14-ü gecə saatlarında Ukraynaya yeni hücumlar həyata keçirib. 

Globalinfo.az xəbər verir ki, əsas hədəf enerji infrastrukturları olub.

Məlumata görə, Tripilska İstilik Elektrik Stansiyasına və Kiyev Su Elektrik Stansiyasına edilən zərbələrdən sonra paytaxtın bir hissəsində elektrik kəsilib. 

Həmçinin Kiyevin bəzi bölgələrində yanğınların olduğu bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: