Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapıldı – Təfərrüat / VİDEO


Sumqayıtda yeniyetmələrin qanla bitən mübahisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, hadisənin söyüş üstündə törədildiyi iddia olunur.

Qonşuların sözlərinə görə, hadisə baş verən zaman qışqırıq səsləri eşidilib:

“Öz evi deyildi, kirayədə yaşayırdı. Gəldiyimiz zaman yeniyetməni qan içində gördük”.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Təcili yardım şöbəsinə yerləşdiriliblər. 2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov münaqişə zəminində yaşıdı Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetdə: