Kim Çen İn haqqında qəribə xəbərlər yayıldı

Şimali Koreya lideri Kim Çen İn həddən artıq spirtli içki qəbul edir və və orta yaş böhranı səbəbindən ağlayır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb.

Nəşrin məlumatına görə, Şimali Koreya lideri qeyri-sağlam həyat tərzi sürür, həddən artıq kökdür, çox siqaret çəkir və çoxlu spirtli içki qəbul edir.

“Eşitmişəm ki, o, içdikdən sonra ağlayır. O, təkdir və təzyiq altındadır”, – Seulda yaşayan şimali koreyalı alim Çxve Cinvuk deyib.

Bildirilib ki, həyat yoldaşı və həkimlər Kim Çen İnə idmanla məşğul olmağı məsləhət görsələr də, o, bunları rədd edir.