tulin elekberova

Azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyüldüyü yerdən görüntülər yayılıb.

Globalinfo.az-ın oxu.az-a istinadən bildirdiyinə görə, videodan məlum olur ki, hadisə hansısa tikinti baş verən ərazidə olub.

Həmin görüntüləri təqdim edirik:

***13:23

Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.

O bildirib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən Tulin danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mühabisə yaranıb.

Kikboksçu bildirib ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.

Paylaş: