WhatsApp Image 2022 12 01 at 11.55.14

Kəlbəcərin ən ucqar və yüksək yerlərindən biri olan Alagöllər ərazisinə elektrik enerjisi çəkilir.

Globalinfo.az-ın xəbərinə görə, bununla bağlı Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu İnstaqram səhifəsində maraqlı video paylaşıb.

V.Aydınoğlu ərazidə ağır hava şəraitinə baxmayaraq “Azərişıq” əməkdaşlarının fasiləsiz rejimdə çalışdıqlarını deyib.

Onun sözlərinə görə, həmin ərazidə Sovetlər dövründə elektrik enerjisi olmayıb.

“Azərişıq”ın mətbuat katibi bildirib ki, məqsəd ən qısa zamanda Kəlbəcərin ən ucqar nöqtələrini elektrik enerjisi ilə təmin etməkdir.

Sözügedən videonu təqdim edirik:

 

Paylaş: