Kəlbəcərdən bəd xəbər gəldi: ölən var – FOTO

Kəlbəcər rayonunda 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarət etdiyi traktorun aşması nəticəsində həyatını itirib.

Globalinfo.az bildirir ki, hadisə noyabrın 18-də baş verib.

Belə ki, F.Tağıyev “ZL 50” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Ölən şəxsin AXCP-nin Abşeron Şöbəsinin üzvü olduğu bildirilir.

Kəlbəcərdə bədbəxt hadisə