Kəlbəcərdə qəza: 1 hərbçimiz həlak oldu, biri yaralandı – YENİLƏNİB

Hərbi Prokurorluq Kəlbəcərdə baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, Hərbi Prokurorluq qəza ilə bağlı araşdırmaların davam etdiyini bildirib:

“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.

***22:38

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, dağlıq ərazidə avtomobilin aşması nəticəsində 1 hərbçimiz həlak olub, daha bir hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.