Kəklikotu çayı içən ailənin vəziyyəti ilə bağlı AÇIQLAMA – VİDEO / YENİLƏNDİ

Qaxda bir ailənin beş üzvünün kəklikotulu çaydan zəhərlənməsi ilə bağlı onları müalicə edən həkim açıqlama verib.

Həkim-revmatoloq Naira Papiaşvili bildirib ki, kəklikotulu çaydan zəhərlənmə faktı onun rastına gələn ilk hadisədir:

“Dünən axşam saatlarında xəstəxananın təcili yardım şöbəsinə ailə üzvləri iksi azyaşlı olmaqla (5 və 7 yaşlı), ana, ata və nənə daxil olublar. Ailə üzvlərinin sözlərinə görə, onlar kəklikotulu çayı qəbul etdikdən sonra vəziyyətləri pisləşib. Yəqin ki, otun içinə başqa bitki qarışıb və zəhərlənmə verib. Xəstələrə lazımı yardım göstərilərilib və evə göndəriliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:

***

11:59

Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri – 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.

İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosuna faktı təsdiq edilib.

Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.