Keçmiş deputatın Moskvada meyiti tapıldı – Ukrayna etiraf etdi

Moskva vilayətində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Keçmiş deputat Ukrayna xüsusi xidmət orqanları tərəfindən odlu silahla öldürülüb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi İ.Kivanın ölümünə görə məsuliyyəti öz üzərinə götürüb.

Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov etiraf edərək bildirib ki, Kiva kəşfiyyat idarəsinin xüsusi əməliyyatı zamanı öldürülüb.