Kanadadan Fələstinə JEST: “30 milyon…”

 

Kanada Qəzzada müharibədən əziyyət çəkən fələstinlilərə humanitar yardım göstərmək üçün daha 30 milyon dollar vəsait ayıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir.

Yardımın BMT fondları və digər humanitar təşkilatlar vasitəsilə həyata keçirilməsi planlaşdırılır:

“Kanada Fələstinin mülki əhalisinin humanitar yardıma ehtiyacının hər saat daha da artdığını qəbul edir. Hökumət bu məqsədlə əlavə 40 milyon Kanada dolları (30 milyon ABŞ dolları -red) vəsait ayırmağa qərar verib”, – deyə bəyanatda vurğulanıb.

Məlumat üçün bildirək ki, ümumilikdə Kanada hökuməti bu məqsədlər üçün artıq 45 milyon dollar vəsait ayırıb.

Əliyar Xəlil,

Globalinfo.az