Qəhrəmanmaraş “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşıb

106364bc afb9 3f35 87d0 d77abbc6d77e 850

Türkiyənin Qəhrəmanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Qəhrəmanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.