Kadırovun xəstəliyinin nə olduğu üzə çıxdı

Çeçenistan lideri Ramzan Kadırovun səhhəti ilə bağlı növbəti iddia ortaya atılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib.

Onun sözlərinə görə, Kadırov böyrəkləri ilə bağlı problem yaşayır:

“Çeçenistan rəhbəri kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Buna görə də tez-tez hemodializə ehtiyac duyur”.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı bir qədər əvvəl Kadırovun komada olduğunu yazmışdı. Buna cavab olaraq Çeçenistan lideri parkda gəzinti zamanı video paylaşaraq iddialara son qoymuşdu.

Tamerlan Yayaqan
Globalinfo.az