Portuqaliya Futbol Federasiyası milli komandaya baş məşqçi axtarır.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Roma”nın çalışdırıcısı Joze Mourinyo yığmanın sükanı arxasına keçə bilər.
Federasiya onun “Roma”dakı işini davam etdirməsinin də əleyhinə deyil. Mütəxəssi hələ ki, qarşı tərəfə konkret cavab verməyib.
Mourinyo indiyə qədər milli komanda çalışdırmayıb.