Mənə qarşı sui-qəsdin sifarişçisi Bidzina İvanişvili, icraçısı isə ruslarla birgə bu hökumət idi.
Globalinfo.az xəbər verir ki, bunu müxalif siyasətçi Qivi Tarqamadze Mixail Sakaşviliyə qarşı yeni cinayət işinin açılacağı ilə bağlı hökumətin bəyanatını şərh edərkən deyib. Hökumət bu teraktla yenə seçkinin nəticələrinə təsir etmək istəyir:
“İndi bu işlə artıq hər şey aydındır. Mənə tam aydındır ki, sifarişçi İvanişvili, icraçı bu hökumət və ruslar idi. Mən buna əminəm. Bu qrup həmişə ruslarla işləyib”.
Qeyd edək ki, dünən Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşviliyə yeni cinayət işi açacaqlarını bildirib. Saakaşvili öz partiyasından eks-deputat Qivi Tarqamadzeyə sui-qəsddə ittiham edilib. Baş Prokurorluq guya Saakaşvilinin onu Tarqamadzedən xoşu gəlmədiyi üçün öldürmək istədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az