İtaliyalı deputat: “Avropanın ən təhlükəli adamı odur”

“Ursula Von der Leyen və Emmanuel Makron ictimai rəyi Avropada müharibəyə hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Françeska Donato deyib.

O, Fransa prezidentini Avropanın ən təhlükəli adamı adlandırıb.

Françeska Donatonun sözlərinə görə, Makron Avropa cəmiyyətini müharibənin qaçılmazlığına inandırmağa çalışır və bu təsadüf yox, bütöv bir ssenarinin tərkib hissəsidir.

Avropa Parlamentinin deputatı hesab edir ki, Avropa Komissiyasının sədri Ursula Von der Leyenin son çıxışı daha çox qorxu və şübhə doğurur.

“Əvvəllər tabu olan, qəbuledilməz sayılan məsələlər indi  ictimai müzakirə mövzusuna çevrilir. Məqsəd bu cür məsələləri gündəmə gətirmək və ictimai rəyi müharibə mövzusuna vərdiş etdirməkdir”, – Donato vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az