İtaliyada azərbaycanlıların da olduğu kokain yüklü gəmi saxlanıldı

Siciliya sahillərində balıqçı gəmisində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində rekord kokain partiyası aşkar edilərək götürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisədən sonra 20 nəfər, o cümlədən gəminin ekipajının beş üzvü, həmçinin narkotik maddənin daşındığı Palau bayraqlı ticarət gəmisindən daha 15 nəfər həbs edilib.

Palau bayrağı altında üzən gəmidə saxlanılan 15 nəfər arasında Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.

İtaliya maliyyə polisinin gəmiləri onları Palermo limanına çatdırıb.