ABŞ-dan Yəmənə növbəti zərbə: Husilərin 11 PUA-sı məhv edildi

ABŞ Yəmənə yeni zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ABŞ əsgərləri Yəməndə Husilərə məxsus 4 PUA-nı məhv edib.

Eyni zamanda ABŞ gəmiləri də Qırmızı dənizdə və Ədən körfəzində isə 7 pilotsuz təyyarəni vurub.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, pilotsuz təyyarələr Yəmənin Husilərin nəzarətində olan bölgələrindən göndərilib.

Zərbələr “USS Carney” və “USS Laboon” aviadaşıyıcılarından, eləcə də  “F/A-18” təyyarələrindən endirilib.

Əliyar Xəlil,

Globalinfo.az