İsveçdə biabırçılıq: Quranı yandırmağa icazə verildi

İsveç polisi Qurban bayramı günü Stokholmdakı məscidin qarşısında Quranın yandırılması ilə bağlı etiraz aksiyasına icazə verib.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“İsveç polisi çərşənbə günü müsəlmanların Qurban bayramı ərəfəsində təşkilatçının Stokholmun əsas məscidinin qarşısında Quran yandırmağı planlaşdıran etiraz aksiyasına icazə verdiyini bildirib”, – məlumatda qeyd olunub.