İran təyyarəsi təcili Türkiyəyə endi

İstanbul-Tehran reysini həyata keçirən İranın Ata Hava Yollarına məxsus sərnişin təyyarəsi kabinədəki təzyiq nasazlığı səbəbilə İstanbul hava limanına məcburi eniş edib.

Globalinfo.az xəbər verir ki, Ata Hava Yollarına məxsus TBZ 6620 reysi olan Airbus A320-231 tipli sərnişin təyyarəsi İstanbul Hava Limanından İranın Tehran şəhərinə uçuş üçün havaya qalxıb.

Bir müddət sonra təyyarənin kapitan pilotu İstanbul Hava Limanı Qülləsinin rəsmiləri ilə əlaqə saxlayıb və təcili eniş icazəsi istəyib.

İcazə verildikdən sonra Bolu üzərindən geri qayıdan təyyarə heç bir problem olmadan İstanbul hava limanına enib.

Təyyarənin nəzəri baxış keçirilməsi üçün təxirə salınan uçuşun şirkətə məxsus başqa bir təyyarə ilə həyata keçiriləcəyi qeyd edilib.