Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Daha sonra 19 yaşlı Novruz Niftaliyev Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.
***19:45
Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi – 2004-cü il təvəllüdlü Novruz Eldəniz oğlu Niftəliyev minaya düşərək həlak olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Suqovuşanda xidmət etmiş hərbçimizin Qəbələ rayonu Nohurqışlaq kənd sakini olduğu bildirilir.
Məlumata görə, bu gün axşam saatlarında onun cənazəsi ailəsinə təhvil veriləcək.
Allah hərbçimizə rəhmət etsin!
***19:41
Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
***16:35
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.