Dağıntılar altında qalan bir nəfərin meyiti çıxarılıb.
Globalinfo.az xəbər verir ki, İstanbulda uçan binalarla bağlı xilasetmə əməliyyatları zamanı dağıntılar altından çıxarılan 10 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatlarının başa çatdığı bildirilir.
***15:09
İstanbulda uçan binaların altında doqquz nəfərin olduğu güman edilir.
Gllobalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, indiyə qədər yeddi nəfər sağ xilas edilib.
Qalan iki nəfər üçün axtarış-xilasetmə işləri davam edir.
İlkin qiymətləndirmələrə görə, binalardan birində təbii qaz partlayışı baş verib və bu da çökməyə səbəb olub.
*** 13:42
İstanbulun Fatih rayonunda iki bina uçub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəbi hələ ki məlum deyil.
“Əraziyə çoxsaylı tibbi, yanğınsöndürmə və polis qrupları göndərilib. Dağıntılar altında 5 nəfər qalıb, xəsarət alan üç nəfər xilas edilib”, – deyə qeyd edilib.
Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.
Əliyar Xəlil
Globalinfo.az