“İstəsəm, dostlarım mənə “Qalendevagen” hədiyyə edər” – Bloger

Avtomobilimin qiyməti 50 min yox, 30 min manatdır. Onu da qeyd edim ki, bu maşını müharibənin 23-cü günündə deyil, müharibədən 2 ay sonra almışam.

Bu sözləri Globalinfo.az-a açıqlamasında bloger Elçin Ləmbəranski ianə pulu ilə avtomobil alması haqda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O, deyilənlərin şayiə olduğunu vurğulayıb:

“İstəsəm, yalandan deyərdim ki, maşını kreditlə almışam. Amma mənim heç kimə yalan borcum yoxdur! Məni tanıyan hər kəs bilir ki, köhnə avtomobilimi satmışam, qalan məbləği də dostlarım verib. Hətta gedib avtomobil aldığım şirkətdən də maraqlana bilərsiniz ki, nəyi nə vaxt və necə almışam. Mənim o qədər yaxşı dostlarım var ki, istəsəm, “Qalendevagen” markalı avtomobil də hədiyyə edərlər. Buna heç kimin şübhəsi olmasın.

Qeyd edim ki, həmin maşın iki il bu xalqın yolunda 90 min kilometr sürülüb. O maşın xalqa xidmət edir. Bu yaxınlarda isə qəza keçirmişəm”.

Zaira Akifqızı, Globalinfo.az