İsrail ordusunun hücumları nəticəsində son 24 saat ərzində Qəzza zolağında 87 nəfər ölüb, 644 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.
Bundan başqa, son 24 saatda 8 fələstinli acından ölüb.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 61 020 nəfərə, yaralıların sayının isə 150 671 nəfərə çatıb.