Dörd yaşlı uşağın ölümünə səbəb olan futbolçu ilə bağlı qərar

Sərxoş halda avtomobil idarə edərək dörd yaşlı uşağın ölümünə səbəb olan niderlandlı hücumçu Ray Vlut həbs edilib.

Globalinfo.az xəbər verir ki, futbolçu Ray Vlut 2,5 illik həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Hadisə 2021-ci ildə baş verib. 27 yaşlı hücumçunun 193 km/saat sürətlə idarə etdiyi maşın digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə digər avtomobildə olan dörd yaşlı uşaq həlak olub.