İsraildən növbəti zərbələr…

HƏMAS-ın reaktiv yaylım atəş sistemləri vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Müfafiə Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd edilib ki, HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim olunduqdan sonra məscidlərdən birinin yaxınlığında reaktiv yaylım atəş sistemləri zərərsizləşdirilib.

Livandan raket buraxılışlarına cavab olaraq İsrail qırıcıları və artilleriyası Hizbullahın obyektlərinə – sursat anbarı, buraxılış qurğuları və “terror infrastrukturu”na da zərbələr endirib.