İsrail müdafiə naziri Yoav Qalantla amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu Yaxın Şərqdəki situasiya və İrana qarşı fəaliyyət məsələləri olub. Rəsmi Təl-Əviv nazirlərin regionda Ramazan bayramı ərəfəsində stabilliyin möhkəmləndirilməsi yollarını müzakirə etdiklərini bildirib.
Qeyd edək ki, bundan öncə İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun İrana hücum hazırlıq səviyyəsinin maksimum həddə çatdırması haqqında göstəriş verdiyini bildirib. Belə ki, bu qərar fonunda Netanyahu həmçinin ABŞ nümayəndələri ilə danışıqlar apararaq, onlardan İranla bağlı qəti qərar qəbul etmələrini istəyib.
Bir müddət əvvəl “Blomberq” agentliyi İranın uranın zənginləşdirilməsini 84%-ə çatdırdığını yazıb. İran tərəfdi iddianı rəsmən təkzib edib.
İlkin Həsənov
Globalinfo.az