İsraildə son müharibə hazırlığı: nazirlərə peyk telefonları verildi, əhali sığınacaqlarda qalacaq

 

“İsrailin nazirlərinə müharibə vəziyyətində peyk telefonları verilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.

Nəşr iddia edib ki, İranın ölkəyə mümkün hücumlarını nəzərə alaraq hökumətin nazirlərinə peyk telefonları verilib.

Bu addım fasiləsiz telefon rabitəsini təmin etmək üçün  atılıb. Yüksək rəhbərlik əvvəlcədən alınmış peyk telefonlarını nazirlərə paylayıb. Çatmayanlara isə yeni telefonların alınaraq paylanması tapşırılıb.

Qeyd edək ki, İsrail hakimiyyəti genişmiqyaslı müharibə olacağı təqdirdə vətəndaşları elektrik enerjisinin kəsilməsinə və bomba sığınacaqlarında uzun müddət qalmağa hazır olmağa çağırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az