İsrail XİN HƏMAS ilə danışıqların şərtlərini açıqladı

“İsrail vətəndaşları bilirlər ki, ölkələrini uzun bir müharibə gözləyir. Biz iqtisadi və siyasi baxımdan buna hazırıq. Biz İsrailin təhlükəsiz gələcəyini təmin etmək üçün istənilən qiyməti ödəməyə hazırıq”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Lior Ben-Dor bildirib.

O qeyd edib ki, HƏMAS qruplaşması ilə danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkündür.

“İsrail HƏMAS və “İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”, – diplomat deyib.

Onun sözlərinə görə, HƏMAS cinayətlər törətməklə səhvə yol verir ki, bu da iki ölkə xalqı arasında barışığı çətinləşdirir.