İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb və qarşı təklif irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu vasitəçilərdən alınan təklifdən sonra bir sıra məsləhətləşmələr aparıb. Bir neçə saat əvvəl İsrail Birləşmiş Ştatlarla tam əməkdaşlıq şəraitində vasitəçilərə öz qarşı təklifini təqdim edib”, – bəyanatda deyilir.
Qeyd edək ki, daha əvvəl İsrailin Kan televiziyası, mənbələrə istinadən, HƏMAS-ın Ramazan bayramı zamanı Qəzza sektorunda atəşkəs əldə etmək üçün bir neçə girovu azad etməyi təklif etdiyini bildirmişdi.
Aysel Əliyeva
Globalinfo.az