İsrail quru əməliyyatından imtina etdi

İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ-la razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ müdafiə naziri israilli həmkarına ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək təklifini verib.

MKİ-nin keçmiş zabiti Mik Malroy nəşrə açıqlamasında bildirib ki, HƏMAS-ın zəif nöqtələri və boşluqlar aşkar edilən kimi, İsrail ordusunun əsas zərbə qüvvələri cəlb olunacaq.