israil

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hədəfləri vurduğunu rəsmən təsdiqləyib və hərəkətlərinin səbəblərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Telegram kanalında məlumat yayılıb.

Qeyd edilib ki, atəşkəs razılaşmasına uyğun olaraq “Sarı xəttin” şərq tərəfində, İsrailin nəzarətində olan ərazidə fəaliyyət göstərən ordu bölmələri bölgədəki terror infrastrukturunu məhv ediblər:

“Hücumdan dərhal sonra İsrail Hərbi Hava Qüvvələri Rafaha aviazərbələr endirib və artilleriyadan atəşi açılıb. Nəticədə bir neçə tunel və HAMAS sılahlılarının gizləndiyi binalar məhv edilib. Bu, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır, İsrail Ordusu qəti tədbirlər görəcək”.

*** 13:25

İsrail ordusu hərbçilərinə qarşı hücuma cavab olaraq Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, ABŞ Dövlər Departamenti HƏMAS-ın Qəzzada atəşkəsi pozacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Lakin Fələstin təşkilatından sözügedən iddiaya rədd cavabı gəlmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: