israil ord1703596044

İsrail on minlərlə ehtiyatda olan əsgəri orduya çağırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkə bir neçə gün ərzində Qəzzada hərbi əməliyyatı genişləndirməyə hazırlaşacaq.

“Quru əməliyyatının genişləndirilməsi ilə bağlı qərar cümə günü İsrailin Baş naziri Benyamin Netanyahunun təhlükəsizlik kabinetinin iclasından sonra qəbul edilib. On minlərlə ehtiyatda olan əsgər orduya çağırılacaq”, – məlumatda qeyd edilib.

Paylaş: