İsrail ordusundan Qəzza zolağındakı hərbi əməliyyat barədə açıqlama

“İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə irimiqyaslı zərbələr endirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, ordunun öncəki məlumatında İsrailin Qolan təpələrindəki Har Dov dağı ərazisinin Livandan minaatanlarla atəşə tutulduğu, buna cavab olaraq İsrail tərəfinin Livana zərbələr endirdiyi vurğulanıb.