israilin gazze sinirinda tank hareketliligi

İsrail təyyarələri Qəzza zolağının cənub hissəsinə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.

İsrail ordusu mərkəzi hissədə yerləşən Bureyc qaçqın düşərgəsi yaxınlığında “sarı xəttin” arxasındakı əraziyə hava hücumu həyata keçirib.

Həmçinin Rəfahın şərq hissəsini bombalayıb, ordu isə Xan Yunisin şərqində partlayış işləri aparıb”, – deyə bildirilib.

Qeyd olunub ki, ordu İordan çayının qərb sahilində reydlər keçirib.

Fələstinin “Qüds” agentliyi isə Qəzza zolağının şimalının havadan atəşə tutulduğunu bildirib.

Paylaş: